Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan təmsilçisi Vladimir Litvintsev “Pekin-2022”nin ilk yarışında uğurlu çıxış edib

Azərbaycan təmsilçisi Vladimir Litvintsev “Pekin-2022”nin ilk yarışında uğurlu çıxış edib


“Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev fevralın 8-də fərdi yarışlarda qısa proqramla çıxış edib.
BrendSport.az
xəbər verir ki, Kanada, İsveç, İsveçrə, Estoniya və Çin atletlərinin yarışdığı birinci qrupda mübarizə aparın idmançımız 84,15 bal toplayıb. O, fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında da çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. V.Litvintsevlə yanaşı, fiqurlu konkisürən Yekaterina Ryabova da medallar uğrunda yarışacaq. Y.Ryabova fevralın 15-də və 17-də mübarizə aparacaq.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.



AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş