Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”: Azərbaycan medal sıralamasında onuncu pillədə yer alıb

“Tokio-2020”: Azərbaycan medal sıralamasında onuncu pillədə yer alıb

Sentyabrın 1-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 82 ölkənin idmançıları medal qazanıblar.
BrendSport.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 68 qızıl, 43 gümüş və 36 bürünc medal qazanıblar. İkinci pillədə 32 qızıl, 20 gümüş və 37 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin təmsilçiləri, üçüncü yerdə isə 30 qızıl, 24 gümüş və 32 bürünc medalla Böyük Britaniya atletləri qərarlaşıblar.
ABŞ 25 qızıl, 27 gümüş, 20 bürünc medalla dördüncü, Niderland 19 qızıl, 10 gümüş, 10 bürünc mükafatla beşinci, Ukrayna isə 17 qızıl, 35 gümüş və 25 bürünc medalla altıncıdır. Digər pillələrdə Braziliya (15-12-21), Avstraliya (13-23-24) və İtaliya (12-19-17) qərarlaşıblar. Azərbaycan isə 11 qızıl, 1 gümüş və 4 bürünc medalla onuncu pillədə yer alıb.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Facebook-da paylaş

Xəbəri paylaş