Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Səudiyyəli Olimpiya mükafatçısı rekord məbləğdə pul mükafatı alacaq

Səudiyyəli Olimpiya mükafatçısı rekord məbləğdə pul mükafatı alacaq


Tokio Olimpiya Oyunlarında gümüş medal qazanmış səudiyyəli karateçi Tarik Həmədinin Səudiyyə Ərəbistanı hökumətindən alacağı pul mükafatının məbləği hətta başqa ölkələrin qızıl mükafatçıları ilə müqayisədə yüksək olacaq.
BrendSport.az xəbər verir ki, Krallığın idman naziri və Milli Olimpiya Komitəsinin prezidenti şahzadə Əbdüləziz bin Turki əl-Faysal idmançıya 5 milyon Səudiyyə rialı (1,3 milyon dollar) məbləğində mükafat veriləcəyini bildirib.
Karateçilərin 75 kiloqram çəki dərəcəsində keçirilən final qarşılaşmasında iranlı rəqibindən xal hesabı ilə üstün olan, lakin qaydaları pozduğuna görə hakimlər tərəfindən məğlub elan edilən Həmədi öz ölkəsində çempion kimi qarşılanıb. Şahzadə əl-Faysal deyib: “Tarik bizim gözümüzdə çempiondur və bu səbəbdən ona qaliblərə təyin etdiyimiz mükafatı verəcəyik. O, ölkəsini Tokio Olimpiya Oyunlarında layiqincə təmsil edib. Tarik Həmədi bu mükafata layiqdir”.


Facebook-da paylaş

Xəbəri paylaş