Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karateçimiz İrina Zaretska Tokio Olimpiadasının finalına yüksəlib

Karateçimiz İrina Zaretska Tokio Olimpiadasının finalına yüksəlib


Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasının finalına yüksəlib.
BrendSport.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medala gedən yolda çinli Qun Lini 7:2 hesabı ilə məğlub edib və həlledici mərhələyə adlayıb.
Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub. Sonuncu döyüşdə idmançımız türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.
Qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib.


Facebook-da paylaş

Xəbəri paylaş