Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”də koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub

“Tokio-2020”də koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub


Tokioda keçirilən Yay Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub.
BrendSport.az “Tokio-2020”nin təşkilat komitəsinin saytına istinadla xəbər verir ki, son sutka ərzində daha 31 nəfərdə yoluxma aşkar edilib.
Bildirilir ki, yoluxanlardan biri Yunanıstanın sinxron üzgüçülük üzrə komandasının üzvüdür. Beləliklə, həmin komandada yoluxanların ümumi sayı 6 nəfərə çatıb. Xatırladaq ki, bundan bir gün əvvəl Olimpiadada 29 nəfər koronavirusa yoluxan qeydə alınıb. Bu, yarışların son həftəsində yoluxanlar barədə orta göstəricidən təqribən 10 nəfər çoxdur.
Oyunlarla əlaqədar şəxslər arasında koronavirusa yoluxanların ümumi sayına gəlincə isə bu göstərici 353 nəfərə çatıb. Həmçinin hesabatda bildirilir ki, iyulun 1-dən Olimpiadaya hazırlıq və yarışların keçirildiyi günlər ərzində 543 min koronavirus testi götürülüb.
Qeyd edək ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Tamaşaçılar məhz buna görə Olimpiya Oyunlarına buraxılmırlar.


Facebook-da paylaş

Xəbəri paylaş