Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiyanın bürünc mükafatçısı Rafiq Hüseynov: Mənim üçün bundan böyük qələbə yoxdur

Olimpiyanın bürünc mükafatçısı Rafiq Hüseynov: Mənim üçün bundan böyük qələbə yoxdur


Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını qazandım. Bu, çoxdankı arzum idi. Bütün medallarım var idi, təkcə Olimpiadada medal qazanmamışdım. Hər dəfə iştirak etmək nəsib olmurdu. Çox şadam ki, bu dəfə Olimpiadada iştirak edə bildim və medal qazandım.
BrendSport.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra media nümayəndələrinə açıqlamasında deyib.
Bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn R.Hüseynov deyib: “Qələbə qələbədir və hər hansı millətdən olan idmançıya fərq qoymuram. Əsas odur ki, medal qazanmışam və çox sevinirəm. Mənim üçün bundan böyük qələbə yoxdur”.
Qələbəsini atasına həsr etdiyini vurğulayan idmançı bildirib: “Təbii ki, bürünc medal qızılın yerini vermir. Amma əsas odur ki, komandaya medal qazandırdım. Adətən güləşçilərdən gözləntilər böyük olur. Komandamızın əsas idmançılarının çıxışları hələ qarşıdadır. İnşallah, qarşıdakı günlərdə digər güləşçilərimiz də medal qazanacaqlar”.
Xatırladaq ki, bu, Olimpiya komandamızın “Tokio-2020”də üçüncü bürünc medalıdır. Ölkəmizin aktivinə digər iki bürünc medalı qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.


Facebook-da paylaş

Xəbəri paylaş