Faydalı saytlar


Reklam



Tokio Olimpiadasının beşinci günündə iki idmançımız mübarizəyə qoşulacaq

Tokio Olimpiadasının beşinci günündə iki idmançımız mübarizəyə qoşulacaq

“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulacaq.
BrendSport.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.
Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.
Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Facebook-da paylaş