Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”nin açılış mərasiminin translyasiyası Yaponiyada 1964-cü il Olimpiadasından sonra ən yüksək reytinq toplayıb

“Tokio-2020”nin açılış mərasiminin translyasiyası Yaponiyada 1964-cü il Olimpiadasından sonra ən yüksək reytinq toplayıb


Tokio Yay Olimpiya Oyunlarının açılış mərasiminin translyasiyası Yaponiyada 1964-cü il Olimpiadasından sonra ən yüksək reytinq toplayan tədbir olub.
BrendSport.az Kyodo agentliyinə istinadla xəbər verir ki, açılış mərasimin translyasiyasının tamaşaçılar arasında reytinqi 56,4 faizə bərabər olub.
Qeyd edək ki, Tokio Olimpiadasının açılış mərasimi Yaponiya İctimai Televiziyası (NHK) ilə birbaşa yayımlanıb. Yaponiyanın “Video Research” araşdırmalar şirkətinin məlumatına görə, Olimpiya Oyunlarının açılış mərasimi 1964-cü ildə Tokioda keçirilən ilk Yaponiya Olimpiadasından sonra ən çox baxılan tədbir olub. Həmin vaxtda NHK telekanalı tərəfindən aparılan translyasiya 61,2 faiz reytinq toplayıb.
Xatırladaq ki, iyulun 23-də Tokioda başlayan Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş