Faydalı saytlar


Reklam



Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus aşkar edilib

Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus aşkar edilib

Rəsmi açılış mərasimi bu gün baş tutacaq Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus qeyd alınıb.
BrendSport.az Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir. Qeyd edilir ki, COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.
Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndə yaşayır.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu gün rəsmi açılış mərasimi keçiriləcək Olimpiya Oyunları avqustun 8-də başa çatacaq. Açılış mərasimində təqribən 950 nəfərin iştirak edəcəyi gözlənilir.


Facebook-da paylaş