Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb

Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb

Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi səhifəsində Azərbaycan gimnastı Zeynəb Hümmətovaya həsr olunan məqalə yer alıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK)
BrendSport.az -a bildiriblər ki, məqalədə 21 yaşlı gimnastın Tokio Olimpiadasına lisenziya qazanan komandanın tərkibində yer aldığı qeyd olunub.
MOK-un təşəbbüsü ilə AOK-un saytına təqdim olunan məqalədə Z.Hümmətova idman karyerasından, idmanın insanda tərbiyə etdiyi xüsusiyyətlərdən və qadının idmanda iştirakından bəhs edib.
“Bu il əsas məqsədim Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməkdir”, - müsahibəsində bu sözləri deyən bədii gimnastika üzrə milli komandamızın üzvü Z.Hümmətova 6 yaşından, valideynlərinin istəyi ilə məşğul olduğu bədii gimnastikanın həyatının ayrılmaz hissəsinə çevrildiyini bildirib. Müsahibədə gimnast milli komandanın tərkibindəki karyerasının maraqlı hekayəsini danışıb. Milli komandanın heyətində 10 yaşında çıxış etdiyi dövrlərdə zədəli olmasına baxmayaraq, yarışlarda fəallıq nümayiş etdirib, təslim olmayıb. Onun əzmkarlığını milli komandanın baş məşqçisi Mariana Vasileva görüb və çox bəyənib. O, Zeynəbi milli komandaya dəvət edib, həmçinin zədəsinin sağalması üçün reabilitasiya keçməsi tövsiyə olunub. On iki yaşında Zeynəb yenidən milli komandaya dəvət edilib və yığmanın tərkibində məşq etməyə başlayıb.
Müsahibəsində “Biz qadınlar hər bir çətinliklə mübarizə aparmağı bacarırıq” deyən Z.Hümmətova düşünür ki, məqsədyönlü olub çalışdığın halda idman qadınlar üçün çətin bir sahə deyil. O özü də malik olduğu bir çox xüsusiyyətlərə – əzmkarlığına, məqsədyönlülüyünə, çətinliklərə qarşı mübarizliyinə, dözümlülüyünə, dünyagörüşünə görə idmana minnətdardır.
Zeynəb Hümmətova idmanın onda formalaşdırdığı xarakter barədə belə deyib: “İdman, ümumiyyətlə, insanda çox güclü bir xarakter yaradır. Çünki bütün çətinliklərə, günün necə keçməsinə baxmayaraq, mən xalçaya çıxanda fikirləşirəm ki, ölkəmi təmsil edirəm və mən hazırda özümü necə hiss etsəm də, Vətənimə borcluyam ki, ölkəmi layiqincə təmsil edim. İdman insanı daha güclü edir”.
Z.Hümmətova ilk böyük uğurunu 2018-ci ildə qazanıb. O, komandanın tərkibində Avropa çempionatında iştirak edib və bürünc medala layiq görülüb. 2019-cu ildə keçirilən Dünya çempionatında uğurla çıxış edərək Olimpiya Oyunlarına lisenziya qazanıb. 2020-ci ildə baş tutan Avropa çempionatında iki bürünc, bir gümüş medal qazanan gimnast hazırda dördqat Avropa çempionatı mükafatçısı, bir sıra dünya kuboklarının medalçısıdır.
MOK idmançılarımızın maraqlı həyat hekayələri, Azərbaycan Olimpiya tarixinin şanlı səhifələrindən bəhs edən məqalələrin AOK da daxil olmaqla, bir çox beynəlxalq nüfuzlu idman media platformalarında yayımlanması istiqamətində işləri davam etdirir.
Məqaləyə aşağıdakı linkə daxil olaraq tanış olmaq mümkündür: https://www.eurolympic.org/no-obstacle-too-tough-for-azerbaijani-gymnast-on-road-to-tokyo/


Facebook-da paylaş

Xəbəri paylaş