Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Pekin-2022” Qış Olimpiya Oyunlarında könüllü kimi iştirak etmək istəyənlərin sayı bir milyona yaxınlaşır

“Pekin-2022” Qış Olimpiya Oyunlarında könüllü kimi iştirak etmək istəyənlərin sayı bir milyona yaxınlaşır

“Pekin-2022” Qış Olimpiya Oyunlarında könüllü kimi iştirak etmək istəyənlərin sayı bir milyon nəfərə yaxınlaşır.
BrendSport.az Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən bir il ərzində 960 mindən çox insan Qış Olimpiya Oyunlarında könüllü kimi yer almaq üçün müraciət edib.
Bu məqsədlə açılan internet portalında 2019-cu il dekabrın 5-dən indiyədək 1,22 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Sayta baxış sayı isə 33 milyonu ötüb. Könüllülük proqramında iştirak üçün artıq 168 ölkədən müraciət daxil olub. Potensial namizədlərin 96 faizi 35 yaşınadək şəxslərdir. Müraciət edənlərin 85 faizi tələbələrdir. Diqqətəlayiq haldır ki, sağlamlıq imkanları məhdud olan 2 mindən çox şəxs də könüllü kimi işləmək istədiyini bildirib.
Müraciətlərin qəbulu 2021-ci il iyunun 30-dək davam edəcək. Olimpiya Oyunlarına, ümumilikdə 27 min, Paralimpiya Oyunlarına isə 12 min nəfərin cəlb edilməsi planlaşdırılır.


Facebook-da paylaş

Xəbəri paylaş