Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


“Tokio-2020”nin Olimpiya məşəllərinin sərgisi açılıb

“Tokio-2020”nin Olimpiya məşəllərinin sərgisi açılıb


Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında məşəl estafeti zamanı istifadə ediləcək məşəllərin sərgisi açılıb.
BrendSport.az Kyodo agentliyinə istinadla xəbər verir ki, sərgi noyabrın 2-də Tokio hökumətinin ofisində fəaliyyətə başlayıb. Noyabrın 10-dan sonra isə Tokiodan səyahətə çıxacaq məşəlin 8 ay ərzində ölkənin 62 əyalətini gəzəcəyi qeyd olunub.
Məşəl estafeti gələn il iyulun 3-də başa çatacaq.
Xatırladaq ki, Olimpiya məşəli cari ilin əvvəllərində Yunanıstanın Olimpiya kəndindən götürülərək Oyunların vaxtının dəyişdirilməsi barədə qərarın qəbulundan dörd gün əvvəl Yaponiyaya gətirilib.
Həmin vaxtdan etibarən məşəl təşkilatçı ölkədə saxlanılır.
Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.


Facebook-da paylaş