Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq təlimlərə start verir



BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi 2017-ci ildən etibarən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İdman İnzibatçılığı Kurslarını (Sport
Administration) həyata keçirir. 200-ə yaxın iştirakçının iştirak etdiyi təlimləri Beynəlxalq Olimpiya Komitəsinin sertifikatlaşdırdığı, Azərbaycan üzrə təsdiq olunmuş 4 nəfər milli kurs direktoru aparır.
İdman İnzibatçılığı Kursları idman təşkilatlarının daha effektiv idarə olunması üçün zəruri bilikləri, idman dəyərlərini və prinsiplərini, Olimpiya Hərəkatının əldə etdiyi nailiyyətləri öyrənmək üçün yaxşı imkanlar təqdim edir. Kursun əsas məqsədi idmana həvəsi olan müxtəlif yaş kateqoriyasına aid insanlar arasında idman inzibatçılığı sahəsində biliklərin artırılması və ən vacibi Olimpiya təhsilinin təşviq olunmasıdır.
İlk dəfə olaraq bu il İdman İnzibatçılığı Kurslarına (Sport Administration) xarici ekspertlər cəlb olunub. Gürcüstan və Albaniya MOK-nın təlimçilərinin iştirakı ilə təşkil olunacaq kurs ingilis dilində aparılacaq. Pandemiya ilə əlaqədar olaraq sentyabrın 24-dən oktyabrın 2-dək davam edəcək kurs onlayn formatda təşkil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş