Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio Olimpiya Oyunları üçün təsnifat dövrü 2021-ci il iyunun 29-da başa çatacaq

Tokio Olimpiya Oyunları üçün təsnifat dövrü 2021-ci il iyunun 29-da başa çatacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokioda 2021-ci il Olimpiya Oyunları üçün təsnifat dövrünün başa çatmasının yeni müddətini açıqlayıb. Bu barədə məlumatı BOK-un mətbuat xidməti yayıb.
BrendSport.az
xəbər verir ki, Oyunlar üçün seçim dövrü 2021-ci il iyunun 29-da başa çatacaq. Qeyd edilir ki, beynəlxalq idman federasiyaları təsnifatların başa çatması müddətlərini özləri müəyyən edə bilərlər, lakin təsnifatlar BOK-un müəyyən etdiyi tarixdən gec başa çatmamalıdır.
Oyunların 2021-ci ilə keçirilməsinə baxmayaraq, Olimpiya təsnifatından keçmiş idmançılar Olimpiadada iştirak etmək hüququnu saxlayacaqlar. O da bildirilir ki, Olimpiya kvotalarının 57 faizi artıq paylanıb, təqribən 5000 kvota isə hələ oynanılmalıdır.
Tokioda Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi, lakin koronavirus pandemiyasına görə 2021-ci ilin yayına keçirildi. Yarışlar iyulun 23-dən avqustun 8-dək nəzərdə tutulub.
Yeni koronavirusun törətdiyi xəstəliyin ocağı 2019-cu ilin sonunda Mərkəzi Çində aşkar edilib. Xəstəlik dünya ölkələrinin və regionlarının çoxuna yayılıb. Martın 11-də bu xəstəlik Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib. Son məlumata görə, dünyada təqribən 1,3 milyon adam koronavirusa yoluxub, 70 mindən çox ölüm halı qeydə alınıb.


Facebook-da paylaş

Xəbəri paylaş