Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio hakimiyyət orqanları: 2020-ci il Olimpiya Oyunlarında marafonun yerinin Sapporoya dəyişdirilməsi barədə yekun qərar qəbul olunmayıb



2020-ci il Olimpiya Oyunları zamanı marafonun və idman yerişi üzrə yarışların Tokiodan Sapporoya dəyişdirilməsi barədə yekun qərar hazırda qəbul olunmayıb. Bu barədə jurnalistlərə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri ilə danışıqların yekunları barədə bu gün məlumat verərkən Tokio qubernatoru Yuriko Koike bildirib.

Daha əvvəl BOK 2020-ci il Olimpiadasında isti ilə əlaqədar marafonun və idman yerişi üzrə yarışların paytaxtdan şimalda yerləşən Sapporoya ötürülməsi planları barədə xəbər vermişdi. Bu, paytaxt administrasiyasında mənfi reaksiya doğurmuşdu. “Tokio-2020” təşkilat komitəsinin rəhbəri Yosiro Mori bəyan edib ki, paytaxtın hakimiyyət orqanları bu məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin qəbul etdiyi qərarla razılaşmalıdır.

“Biz bugünkü görüşün yekunlarına görə həllə nail ola bilmədik, BOK ilə bu məsələyə dair danışıqlar davam edəcək”, - deyə Koike qeyd edib.

BrendSport.az xəbər verir ki, Koike ilə görüşdə iştirak edən BOK-un əlaqələndirmə komissiyasının rəhbəri Con Kouts, eyni zamanda, Yaponiyanın Kyodo agentliyinə bəyan edib: “BOK-un marafonu və idman yerişi üzrə yarışların Sapporoda keçirilməsi barədə qərarına yenidən baxması ehtimalı mövcud deyil”.

Həyata keçirilən ölçmələrə əsasən, 3 il ərzində iyulun sonundan avqustun əvvəlinədək Tokioda havanın hərarəti 30 dərəcəni sabit şəkildə keçib. Bu, 1964-cü ildə Tokioda Olimpiadanın keçirildiyi ildəki göstəricilərdən xeyli yüksəkdir. Lakin o zaman yarışlar oktyabrın əvvəlində keçirilmişdi. İdmançılar və tamaşaçılar üçün əsl sınaq olan marafon və uzun məsafəyə idman yerişi daha çox təhlükə yaradır.

Qeyd edək ki, XXXII Yay Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək. Yarışların təşkilinə təqribən 2 trilyon yen (17,8 milyard dollar) sərf ediləcəyi təxmin olunur.


Facebook-da paylaş

Xəbəri paylaş