Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



2020-ci il Olimpiya Oyunlarının medalları uğrunda mübarizə açılış mərasimindən iki gün əvvəl başlanacaq


Beynəlxalq Olimpiya Komitəsi (BOK) və “Tokio-2020” Olimpiya Oyunlarının Təşkilat Komitəsi Yaponiya paytaxtında press-brifinq keçiriblər.

BrendSport.az xəbər verir ki, press-brifinqdə idmançıların oyunlarda iştirak üçün sifarişlərin son müddəti müəyyən edilib, jurnalist qadınlar üçün əlavə akkreditasiyalar ayrılması bildirilib.

Komandaların heyətlərinin elan olunması üçün son tarix 2020-ci il iyulun 6-sı müəyyən edilib. BOK nümayəndələri qeyd ediblər ki, bütün olimpiya lisenziyalarının yarısının sahibləri dekabrın sonuna qədər məlum olacaq.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə idmançıların azarkeşlərin və jurnalistlərin ekstremal hava şəraitindən qorunması üçün təşkilatçılar tərəfindən görülən tədbirlər barədə də məlumat verilib. Brifinq iştirakçıları Yaponiya iqliminin şıltaqlıqlarını əyani şəkildə hissi ediblər: onların çoxu bu yaxınlarda güclü “Haqibis” qasırğasının cənginə aldığı Gündoğar ölkəyə gəlib çıxa bilməyib.

Tokio-2020”nin Təşkilat Komitəsi bildirib ki, bir neçə olimpiya obyekti, “Hariake” tennis mərkəzi və çimərlik voleybolu üzrə yarışların keçiriləcəyi Şiokaze parkı qasırğadan zərər çəkib.

Təşkilat komitəsinin baş icraçı direktoru Tosiro Muto deyib:

-Söhbət müvəqqəti konstruksiyalardan və tikinti hasarlarından gedir. Lakin bu, yarışlara hazırlığın gedişinə təsir etməyəcək. Planlaşdırılan 56 test tədbirinin düz yarısı həyata keçirilib. Cəsarətlə demək olar ki, arenaların çoxu artıq indi idmançıları gözləyir.

Bu günə qədər Təşkilat Komitəsinə “Tokio-2020” yarışlarına biletlər almaq üçün 5 milyondan çox sifariş daxil olub. Tosiro Mutonun sözlərinə görə, Olimpiya Oyunlarının bütün dünyada təbliğində əsas rol oynayan məhz jurnalistlərdir.

Məlum olub ki, 12 illik fasilədən sonra dördillik multiidman forumuna qayıdacaq futbolçular və softbolçular medallar uğrunda mübarizəyə hamıdan əvvəl qoşulacaqlar. İdmanın bu növləri üzrə ilk görüşlər Oyunların açılış mərasimindən iki gün əvvəl – iyulun 22-də keçiriləcək.

BOK nümayəndələri qadın jurnalistlər üçün əlavə akkreditasiyalar ayrılmasının mümkün olduğunu elan ediblər. Onların fikrincə, bu tədbir “Tokio-2020” oyunlarını işıqlandıran KİV nümayəndələri arasında gender bərabərliyi prinsiplərinə riayət edilməsinə imkan verəcək.

Press-brifinqin iştirakçıları qarşıdakı üç gün ərzində Tokio su idman növləri mərkəzinə, Olimpiya Oyunlarının xokkey stadionuna və Tokio Paytaxt Gimnaziyasına baş çəkəcək, oradan 2020-ci il oyunlarının əsas arenasına – Olimpiya stadionuna açılan mənzərəyə tamaşa edəcəklər. KİV nümayəndələri Olimpiya Oyunlarının Təşkilat Komitəsinin əməkdaşları ilə də söhbət edəcək, akkreditasiya, jurnalistlərin və fotoqrafların işi ilə bağlı məsələləri müzakirə edəcəklər.


Facebook-da paylaş