Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020” arenalarında qızğın iş gedir



Kütləvi informasiya vasitələrinin təmsilçiləri press-brifinq çərçivəsində Tokioda 2020-ci il Olimpiya Oyunlarının keçiriləcəyi bir sıra idman obyektlərini ziyarət ediblər. Arenaların bir hissəsi artıq atletlərin qəbuluna hazırdır, lakin bəziləri daha çox inşaat meydançalarını xatırladır.

BrendSport.az xəbər verir ki, bununla belə “Tokio-2020”nin Təşkilat Komitəsinin əməkdaşları dördilliyin əsas yay multiidman forumuna hazırlığın plan üzrə getdiyini və bütün işlərin təyin olunduğu müddətədək başa çatacağını bildirirlər.

Əsasən, 2020-ci il Oyunları çərçivəsində ilkin turnirin keçiriləcəyi “Ariake” tennis mərkəzində kortların quraşdırılmasına yalnız noyabrda başlanılacaq və gələn ilin martınadək başa çatacaq.

“Ariake Colosseum” əsas arenası bu mövsümdə hətta test turnirini də qəbul edib. 10 min tamaşaçı üçün nəzərdə tutulan meydançanın başlıca xüsusiyyəti açılıb-bağlanan dam örtüyüdür. Bu örtük tennisçilərə qızmar günəş şüalarından qorunmağa imkan verəcək.

Tokio Su İdmanı Növləri Mərkəzi və hələ 1964-cü il Olimpiya Oyunları üçün tikilən Yoyogi Milli İdman Zalında inşaatçılar durmadan çalışırlar.

Təşkilat Komitəsinin nümayəndələrinin sözlərinə görə, 2017-ci ilin aprelində tikintisinə başlanılan Olimpiya hovuzu gələn ilin yazında başa çatacaq. Belə uzun müddətin sərf olunması isə aparılan işlərin mürəkkəbliyi ilə izah edilir.

Yoyoga Mərkəzinə gəlincə, növbəti il ən güclü həndbolçuların müəyyən ediləcəyi bu zal artıq yarışları qəbul etməyə hazırdır. Lakin mediamərkəzlərdən birinin yerləşdiriləcəyi ikinci arena isə Olimpiya Oyunlarının startına yalnız bir ay qalmış təhvil veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş