Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər


Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası ilk dəfə tam heyətlə iştirak edəcək. Komandamızın hazırlığı yüksək səviyyədədir. Çalışacağıq ki, komanda hesabında ilk onluğa daxil olaq. Əminik ki, Azərbaycan idmançıları festivalda uğurla çıxış edəcəklər.

BrendSport.az xəbər verir ki, Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Olimpiya festivalının proqramına ilk dəfə güləş yarışları salınıb. Bu da komandamızın ümumi hesabda uğur qazanması üçün əlverişli imkandır. Medal gözləntiləri əsasən güləşçilərimizdən və cüdoçularımızdan olsa da, atletika və digər idman növlərində də medallar ola bilər.


Facebook-da paylaş

Xəbəri paylaş