Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boccia üzrə milli komandamızın üzvləri ilə görüş keçirilib



Aprelin 4-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) boccia üzrə yığma komandanın üzvləri ilə görüş keçirilib.

BrendSport.az xəbər verir ki, görüşdə Komitənin prezidenti İlqar Rəhimov boccia komandasının Zaqrebdə keçirilən açıq regional çempionatda bürünc medala layiq görülməsini məmnunluqla vurğulayıb. Yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini, rəqib komandalar arasında Paralimpiya çempionlarının da olduğunu vurğulayan İ.Rəhimov idmançılarımızın əzmlə mübarizə apardıqlarını, yarışdan uğurlu nəticələrlə qayıtdıqlarını deyib.

“Peşəkar idmanda kifayət qədər çətinliklər var. Sizin məqsədiniz Vətənimizi layiqincə təmsil etmək və medal qazanmaqdır. Bu istiqamətdə çox çalışmalı və peşəkar idmançılara xas ən müsbət keyfiyyətləri özünüzdə cəmləşdirməlisiniz”, - deyə ARMPK-nın prezidenti qeyd edib.

Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti Vüqar Əsgərov bildirib ki, ölkəmizin boccia komandası bir ildir formalaşıb. Bu müddət ərzində komandamız kifayət qədər uğur qazanıb. Hazırda əsas məqsəd boccia idman növünü daha da inkişaf etdirməkdir.

Milli komandanın baş məşqçisi İlham Məhərrəmov, kapitan Bəhruz Mirzəyev və komandanın üzvləri Xəyal İslamov, Zaur Veysəlov çıxışlarında qarşıda qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını vurğulayıblar.


Facebook-da paylaş

Xəbəri paylaş