Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Nazir Azad Rəhimov Əbu Dabidə



Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb.

BrendSport.az xəbər verir ki, Səfər çərçivəsində nazir Azad Rəhimov Abu Dabinin Vəliəhdi, BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, BƏƏ-nin baş naziri və vitse prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic və Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü zamanı nazir Azad Rəhimov, Abu Dabi vəliəhdinə Azərbaycan Respublikasının prezidenti cənab Ilham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, öz növbəsində onun da salam və səmimi arzularının cənab prezident Ilham Əliyevə çadrırılmasını xahiş edib.
Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver tədbirin açılış mərasimində çıxışı zamanı ötən il Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu haqqında xüsusi olaraq danışıb.
Bakı Forumunun Xüsusi Olimpiya Hərəkatının inkişafında müstəsna rol oynadığını bildirən Timoti Şrayver, Azərbaycanın əqli məhdudiyyətləri olan və olmayan gənclərə verdiyi dəyəri nümayiş etdirdiyini, dünya şöhrətli ulduzların da məhz o müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.
Məlumat üçün bildirək ki, Dünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı iştirak edir. Azərbaycanı bu yarışda 56 idmançı on idman növündə təmsil edir.


Facebook-da paylaş