Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



MOK-un nümayəndə heyəti BƏOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edəcək



BrendSport.az xəbər verir ki, Martın 15-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil edəcəklər. Tədbir çərçivəsində beynəlxalq təşkilatın fəaliyyəti, eləcə də, AzƏOK sədri Xəzər İsayevin prezidenti olduğu BƏOK-un Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin işi ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Xatırladaq ki, ötən il beynəlxalq qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınmışdır.


Facebook-da paylaş