Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İkinci Avropa Oyunları ilə əlaqədar Minskdə bir neçə əlavə idman zalı istifadəyə veriləcək



Minsk Şəhər İcraiyyə Komitəsinin idman və turizm şöbəsinin fiqurlu konkisürmə üzrə Olimpiya Ehtiyatları İxtisaslaşmış Uşaq-Gənclər İdman Məktəbinin əsas meydançasına əlavə olaraq bir neçə yeni oyun və idman zalı quraşdırılacaq.

BrendSport.az ikinci Avropa Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, yeni istifadəyə veriləcək obyektlərdə “Minsk 2019”un rəsmi iştirakçılarına iaşə xidmətinin göstəriləcəyi müvəqqəti pavilyonlar qurulacaq.

Ümumilikdə, əsas arenada mətbəx avadanlığının yerləşdirilməsi, kommunikasiya xətləri, eləcə də idmançılar üçün qidanın hazırlanması təmin olunacaq. Əlavə edilmiş pavilyonda isə 2 min oturacağı olan yeməkxana və ərzaq məhsullarının saxlanılması üçün soyuducular yerləşdiriləcək. İkinci Avropa Oyunlarından sonra pavilyon fiqurlu konkisürmə üzrə məktəbin balansına veriləcək.

Pavilyon və ümumilikdə, yarışlar üçün inşa edilən idman obyektləri ikinci Avropa Oyunlarının zəngin irsi kimi gələcək nəsillərin sağlamlığına, bədən tərbiyəsi və idmanın inkişafına xidmət edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş