Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiya Olimpiya Komitəsinin sədri ona ittihamlar təqdim olunması barədə məlumatları təkzib edir



Fransa KİV-lərində yayılmış məlumata görə, Yaponiya Olimpiya Komitəsinin sədri Sunekadzu Takeda korrupsiyada ittiham edilir.

BrendSport.az TASS agentliyinə istinadla bildirir ki, Takeda cümə günü bu informasiyanı təkzib edib. Takedanın sözlərinə görə, o, 2018-ci ilin dekabr ayında fransalı müstəntiqlərin suallarına cavab verib, lakin ona heç bir ittiham təqdim edilməyib. Takeda öz ünvanına ittihamların “ağlasığmaz” olduğunu bildirib. Kyodo agentliyi onun aşağıdakı sözlərini sitat gətirir: “Belə bir yalanın dərc edilməsi faktı məni dərindən təəssüfləndirir”.

Fransada çıxan “Le Monde” qəzeti bundan əvvəl yazırdı ki, fransalı müstəntiqlər Yaponiya Olimpiya Komitəsinin sədri Sunekadzu Takedaya korrupsiya ilə bağlı ittiham ediblər. Qəzetin yazdığına görə bu ittihamlar dekabrın 10-da 2020-ci il Olimpiya Oyunlarının paytaxtının seçilməsi gedişində korrupsiya barədə iş üzrə Paris müstəntiqləri tərəfindən təqdim edilib. İstintaqın fikrincə, 2013-cü ildə keçirilmiş seçkilərdə Tokionun qələbəsi Yaponiya tərəfin Afrika nümayəndələrinin səslərini qazanmasına imkan yaratmış gizli bank əməliyyatlarının nəticəsi olub.

İstintaq versiyasına görə, rüşvət verilməsini sanksiyalaşdıran Takeda olub. Qəzet göstərir ki, Milli Maliyyə Prokurorluğunun əməkdaşları 2013-cü il iyulun 30-da və həmin il oktyabrın 28-də Sinqapurun “Black Tidings” şirkətinin ünvanına 1,8 milyon avro məbləğində iki bank köçürməsi ilə maraqlanıblar. İstintaqın gedişində müəyyən edilib ki, həmin şirkət pulları əvvəllər Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) ilə bağlı korrupsiyada şübhə üzrə beynəlxalq axtarışa verilmiş Papa Massat Diakın adına köçürüb. Diak həm də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri olan Afrika ölkələrini 2016-cı il Olimpiya Oyunlarının Rio-de-Janeyroda və 2018-ci il Qış Olimpiya Oyunlarının Pxençxanda keçirilməsinə razı salmaqda şübhə doğurur.

Qəzet vurğulayır ki, Buenos-Ayresdə səsvermə ərəfəsində Diak BOK-un üzvü olan Afrika ölkələrin 10 nümayəndəsi ilə görüş keçirib. Nəşrin versiyasına görə, Diak onları Tokioya üstünlük verməyə razı salıb. Qəzet fransız müstəntiqlərdən birinin aşağıdakı sözlərini sitat gətirir: “Dəyirmi masa keçirildi, heç kəs münasibət bildirmədi. Ona görə düşünürəm ki, hamı Tokionun lehinə idi”.


Facebook-da paylaş

Xəbəri paylaş