Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



BOK başçısı Şeyx Əhmədin Milli Olimpiya Komitələri Assosiasiyası başçısı vəzifəsindən getməsini xahiş edib



“Inside the Games” saytının verdiyi məlumata görə, noyabrın 28-də və ya 29-da Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) baş assambleyasında bu qurumun rəhbəri vəzifəsinə seçkilər keçiriləcək. Bu ərəfədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax hazırda MOKA-nın rəhbəri vəzifəsini tutan Küveyt şeyxi Əhməd əl-Fəhad əl-Sabahdan həmin vəzifəni tərk etməsini xahiş edib.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, Şeyx Əhməd Küveyt hökumətinin məmurlarına qarşı sui-qəsd məqsədilə saxta videoçarxlar yaratmaqda şübhəli bilinir. Bununla əlaqədar o, əvvəllər BOK-un Olimpiya Həmrəyliyi Komissiyasının sədri vəzifəsini müvəqqəti tərk edib və təhqiqat başa çatana qədər onun BOK-da üzvlüyünə xitam verilib.

“Inside the Games” saytında yayılmış məlumata görə, Tomas Bax alternativsiz əsasda MOKA başçısı vəzifəsinə yenidən seçilməli olan Şeyx Əhmədə şəxsən müraciət edib. Bildirilir ki, Şeyx BOK başçısının təklifi ilə razılaşmaq niyyətində deyil. Şeyx bu qərarında MOKA-nın və Asiya Olimpiya Şurasının (bu Şuranın prezidenti Şeyx Əhməd özüdür) dəstəyinə bel bağlayır. Portalın məlumatına görə, bu məsələ noyabrın 26-da BOK-un İcraiyyə Komitəsinin telekonfransında müzakirə ediləcək. telekonfransda BOK-un etika komitəsinin zabiti də iştirak edəcək.

MOKA 1979-cu ildə yaradılıb. Hazırda MOKA-nın sıralarında BOK tərəfindən tanınmış 206 milli olimpiya komitəsi birləşir. Assosiasiyaya 2012-ci ildən Əhməd əl-Fəhad əl-Sabah rəhbərlik edir.


Facebook-da paylaş