Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məktəblilərin respublika çempionatı keçiriləcək



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq idmanın atletika, şahmat, voleybol və basketbol növləri üzrə məktəblilərin respublika çempionatı keçiriləcək.

Bununla əlaqədar 10 oktyabr 2018-ci il tarixində Ağdaş rayon Gənclər və İdman İdarəsinin iclas zalında 11 rayonun Gənclər və İdman İdarələrinin rəisləri, UGİM-nin direktorları və məşqçı müəllimlərin iştirakı ilə Məktəblilərin Respublika Çempionatının zona yarışlarının təşkil olunması məqsədilə zona toplantısı keçirildi.

Toplantını rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov açaraq zona toplantısında iştirak edən nümayəndələri salamlayıb və yarışların yüksək səviyyədə keçiriləcəyini bildirib.

Təhsil nazirliyinin respublika idman mərkəzinin direktorunun müavini Çingiz Səmədov, gənclər və idman nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev zona toplantısının keçirilmə qaydaları, təşkilatı məsələlər haqqında toplantı iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının nümayəndələri iştirak edib.

Yarışlar 2019-cu ildən başlanacaqdır.

Alxas Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş