Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Döyüşçülərimiz peşəkar boks gecəsində iştirak edəcək



Sentyabrın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqazda keçiriləcək peşəkar boks gecəsinə 8 ölkənin idmançıları qatılacaqlar.

Gecədə ən yaxşı yerli idmançılar, habelə Azərbaycan, Çin, Ukrayna, İran, Gürcüstan, Kamerun və Ermənistan təmsilçiləri iştirak edəcəklər.

Rusiyanın dünya şöhrətli boksçusu, birinci ağır çəkidə sabiq dünya çempionu Muratd Qassıyev da qonaqlar arasında olacaq. O, 2018-ci il iyulun 22-də ukraynalı Aleksandr Usik ilə döyüşdən sonra çempionluq titulunu itirib və bu döyüş onun karyerasında ilk məğlubiyyət olub. Onun aktivində Dünya Boks Təşkilatının (WBC), Beynəlxalq Boks Assosiasiyasının (IBF), Dünya Boks Assosiasiyasının (WBA), Dünya Boks Şurasının (WBO) mükafatları var.

Vladiqafqazda tamaşaçılara 10 döyüş təqdim ediləcək. Bu döyüşlər peşəkar boksun bütün qaydalarına uyğun şəkildə keçiriləcək.

Təşkilatçılardan biri deyib: "Bu il biz çox keyfiyyətli proqram hazırlamışıq, bizi yerli boksçuların, əcnəbi peşəkarların və gənclərin iştirakı ilə maraqlı döyüşlər gözləyir. Onlar həqiqətən keyfiyyətli boks nümayiş etdirən perspektivli idmançılardır. Bundan əlavə, bizi əcnəbi idmançıların iştirakı ilə döyüşlər, habelə Murat Qassiyev ilə söhbət gözləyir”.


Facebook-da paylaş