Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Ədalətli oyun” mövzusunda fotomüsabiqə



Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) Willi Daume Dünya mükafatının laureatı Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası “Ədalətli Oyun” mövzusunda I Dünya “Ədalətli Oyun” Fotomüsabiqəsinə start verir.

Müsabiqənin şərtləri:

Müsabiqə üçün şəkillər 2018-ci il noyabrın 30-dək qəbul ediləcək;

Müsabiqədə həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər;

Fotolar “ədalətli oyun” mövzusunu əks etdirməlidir;

Hər bir iştirakçı müsabiqəyə 3-dək fotoşəkil təqdim edə bilər;

Əvvəllər nəşr və nümayiş etdirilmiş, müsabiqəyə verilmiş fotoşəkil müsabiqəyə qəbul ounmayacaq;

Fotolar 01.01.2018 - 30.11.2018 tarixləri arasında çəkilməlidir;

Təqdim olunan fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq;

Şəkillər istənilən kamera, plyonka ilə, yaxud rəqəmsal şəkildə çəkilə bilər;

Şəkillər (ağ-qara, yaxud rəngli) yüksək icazəli JPEG formatlı, 300dpi icazəsi və 7:12 sıxılma dərəcəsi olan şəkil formasında olmalıdır. Şəklin qısa tərəfi ən azı 1920 piksel, uzun hissəsi isə 3200 piksel olmalıdır. Faylınız 4MB-dan çox olmasın. Ağ-qara şəkillər üçün minimal ölçü 1 MB təşkil edir (rəngli şəkil üçün - 2MB). Şəkillər çərçivəsiz və hüdudsuz göndərilməlidir. İştirakçıların adı, imzası, loqosu, tarixi və s. kimi ətraflı məlumatlar fotoşəkildə təqdim olunmalı deyil;

Hər bir şəkil faylının adı 31-dən artıq simvoldan ibarət olmalı deyil;

Adda Ç, Ğ, İ, Ö, Ş, Ü, ç, ı, ğ, ö, ş və ü simvolları istifadə olunmalı deyil;

Ölkə kodundan və bölməni müəyyən edən simvoldan başqa bütün hərflər kiçik hərflə yazılmalıdır;

İştirakçının ölkə kodu fayl adının birinci iki hərfində yazılmalıdır (Türkiyə üçün "TR", digər ölkələr üçün olan kodları öyrənmək üçün bax.: http://www.fiap.net/docs/divers/ISO-CODES-en.pdf). Daha sonra şəkil sahibinin adı maksimum 5 simvoldan ibarət olmaqla yazılmalıdır (məsələn, ÖmerEril YILMAZ adı üçün - “omery” or “oeyil”);

Növbəti simvol kateqoriyanın birinci hərfi olmalıdır (Rəngli) (Color) > R (C), Ağ-qara (Black-White) > A (B) və s;

Fotoşəklin sıra nömrəsi rəqəmlə yazılmalıdır (1-dən 4-ə olmaqla), daha sonra isə alt xətt əlavə edilməlidir (_);

Alt xətdən sonra, simvolların ümumi sayından çox olmamaqla, fotoşəklin adı yazılmalıdır. Məsələn: Ömer Eril YILMAZ adlı iştirakçının "Unudulmuş gələcək" bölməsindən "Qardaşlıq" adlı 1 saylı şəklinin adı “TRomeryDA1_kardeslik.jpg” olmalıdır;

Həmçinin istifadə olunmuş kameranın markası, modeli və istinad məlumatları da göstərilə bilər;

Şəkil müsabiqəyə təqdim olunarkən iştirakçının və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) qeyd olunmalıdır;

İstifadə edilən kamera haqqında marka, model məlumatlar göstərilməlidir;

Jüri iclası: 17 dekabr 2018. Qaliblərin elan edilməsi: 19 dekabr 2018 (http://www.olimpiyat.org.tr ünvanında)

Jüri tərəfindən nəzərdə tutulmuş qaliblər "Ədalətli oyunlar" lövhəsi, İştirak sertifikatı və aşağıdakı mükafatları alacaq:

1-ci mükafat: 4.000 TRY

2-ci mükafat: 2.000 TRY

3-cü mükafat: 1.000 TRY

5 əlavə mükafat: Hər birində 400 TRY və iştirakçı sertifikatı;

İlk 8 yerin şəkilləri ilə yanaşı, jüri tərəfindən təyin ediləcək 50 şəkil TOK 1-ci Dünya "Ədalətli oyunlar" foto müsabiqəsinin albomunda dərc olunacaq;

• Dərc etmə və müəlliflik hüququ

Fotoqrafın adını müəyyən etməklə, həmin şəkillər xəbərlərdə, reklamda və sosial məsuliyyət layihələrində TOK və Bornova bələdiyyəsi tərəfindən əlavə lisenziya ödənişi ödənilmədən istifadə oluna bilər. Bu məqsədlə istifadə olunan şəkillər üçün təşkilatçı işlərin sahibindən əlavə icazə almalı deyil; iştirakçı nə müəlliflik hüququnu geri qaytara, nə də hər hansı əlavə lisenziya ödənişi tələb edə bilməz;

Fotolar noyabrın 30-dək müsabiqə katibliyinin e-mail ünvanına (info@olimpiyat.org.tr) təqdim edilməlidir.

Əlaqə üçün məlumat: Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası

Tel: +90 212 560 07 07
Faks: +90 212 560 00 55

E-mail: info@olimpiyat.org.tr
Ünvan: Olimpiyatevi 4. Kısım sonu 34158
Ataköy, İSTANBUL / TÜRKİYƏ

Azərbaycan üzrə əlaqələndirici təşkilat: Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası
Tel: +994 055 709 95 57; 012 440 14 93;


Facebook-da paylaş

Xəbəri paylaş