Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Şahin" hərbi idman oynunlarının Şamaxı birinciliyi




Şamaxı rayonunda məktəbli şagirdlər arasında "ŞAHİN" hərbi idman oyununun rayon birinciliyi keçirildi.
Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfindən, Təhsil və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri ilə birgə təsdiq təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1 bəndinin icrası çərçivəsində, 03 aprel 2018-ci il tarixində saat 1000 - da rayonun Heydər Əliyev Parkında gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.
Keçirilən hərbi-idman oyununun rayon birinciliyində Əsasnamənin tələblərinə uyğun olaraq rayonun ümümtəhsil tam orta məktəblərinin VIII və X sinif şagirdlərinin 37 komandası üzrə 402 nəfər gənclər iştirak etmişdir. Tədbiri Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra yarışa start verildi.
Yarış “Şahin” Respublika Hərbi-İdman oyununun Əsasnəməsinin I-ci mərhələsi (sıra hazırlığı) üzrə keçirildi. Yarışa hakimlik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin kapitanı İlqar Şahverdiyev edirdi.
Bütün komandalar ayrı-ayrılıqda iştirak etdikdən sonra sıra hazırlığı mərhələsinin yekun xalları hakimlər heyyəti tərəfindən hesablandı və qaliblər müəyyən olundu. Belə ki,

I-yer Mədrəsə qəsəbə tam orta məktəbi
II-yer II Cabanı kənd tam orta məktəbin komandası
III-yer Nağaraxana kənd tam orta məktəbi

Qalib gələn komandalar Şamaxı rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin müvafiq diplomları ilə təltif olundular.
Rayon birinciliyində qalib gəlmiş Mədrəsə qəsəbə tam orta məktəbin komandası 2018-ci ilin aprel ayında nəzərdə tutulmuş Zakatala şəhərində keçiriləcək “Şahin” hərbi-İdman oyununun respublika birinciliyinin zona yarışında iştirak etmək hüququ qazanmışdır.

Alxas








Facebook-da paylaş

Xəbəri paylaş