Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boksçumuz Tayfur Əliyev Avropa çempionatının finalına yüksəlib



Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçılar müəyyənləşib. Azərbaycan millisinin boksçusu Tayfur Əliyev həlledici mərhələyə vəsiqə qazanıb.

Xatırladaq ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rəqibini 4:1 hesabı ilə məğlub edib.

T.Əliyev bu gün baş tutacaq həlledici görüşdə rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək. Tayfurdan fərqli olaraq, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) finala adlaya bilməyib. Boksçumuz yarımfinalda italiyalı Aziz Abbes Muhidinə məğlub olub - 1:4. Nəticədə M.Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.


Facebook-da paylaş

Xəbəri paylaş