Əsas Səhifə > Müsahibə > Marina Tsapkeviç: Azərbaycan gimnastları həmişə diqqəti cəlb edirlər

Marina Tsapkeviç: Azərbaycan gimnastları həmişə diqqəti cəlb edirlər


14-04-2023, 08:00
Marina Tsapkeviç: Azərbaycan gimnastları həmişə diqqəti cəlb edirlər

Emosional və qeyri-adi gimnastları çox bəyənirəm. Azərbaycan gimnastları da hər zaman bu xüsusiyyətlərə görə fərqlənirlər. Onlar hər zaman fərqli geyimləri və kompozisiyaları, eləcə də yüksək enerjiyə malik olmaları ilə həmişə diqqəti cəlb edirlər. Bir məşqçi kimi bu, mənim çox xoşuma gəlir.

BrendSport.az
xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan İsrailin “Kfar-Saba” bədii gimnastika klubunun məşqçisi Marina Tsapkeviç deyib.

Bakıya ilk dəfə təlim-məşq toplanışı məqsədilə gəldiyini bildiriən M.Tsapkeviç bildirib ki, burada idmançılar üçün yaradılan şərait bizi heyran edir. Onlar bütün diqqətlərini məşqlərə yönəldirlər. Məşqləri düzgün planlaşdırır və buradakı şəraitdən maksimum yararlanmağa çalışırıq. Həqiqətən, zal çox gözəldir. Həm idman gimnastikası, həm batut gimnastikası, həmçinin bədii gimnastika üçün, bir sözlə, bütün gimnastika növləri üçün gözəl şərait mövcuddur. Bütün bunların vəhdəti idmançılara nəticə əldə etmək üçün maksimum şərait yaradır.
Geri qayıt