Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: Qələbəmizi cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm

Qurban Qurbanov: Qələbəmizi cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm


2-10-2020, 10:21
Qurban Qurbanov: Qələbəmizi cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm


Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm.
BrendSport.az xəbər verir ki, bunu oktyabrın 1-də UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Polşanın “Legiya” komandasını məğlub edərək qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Əsgərlərimizi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam.
Qeyd edək ki, Polşanın paytaxtı Varşavadakı “Wojska Polskiego” stadionunda təşkil olunan oyunda “Qarabağ” rəqib qapısından 3 cavabsız top keçirib.
Geri qayıt