Əsas Səhifə > Müsahibə > Qurban Qurbanov: Cavab matçında böyük şansımız var

Qurban Qurbanov: Cavab matçında böyük şansımız var


23-08-2019, 13:47


Bu cür vəziyyət futbolda nadir hallarda olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik.

BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin ilk qarşılaşmasında Şimali İrlandiyada “Linfild”ə uduzduqları (2:3) oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib: “Futbolda belə hallara hazırlı olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.
Geri qayıt