Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xətai Bağırov: Yunanıstan yığması ilə oyuna tam hazırıq

Xətai Bağırov: Yunanıstan yığması ilə oyuna tam hazırıq

Yunanıstan və Polşa ilə keçiriləcək oyunların hazırlığını davam etdirən Azərbaycan millisi dünən bir məşqlə kifayətlənib. İki saata yaxın davam edən hazırlıq prosesini baş məşqçi əsasən taktiki tapşırıqlar üzərində qurub. “Araz-Naxçıvan”da çıxış edən oyunçular Yunanıstanla matçın hazırlığına daha erkən cəlb ediliblər.

Ümumiyyətlə, komandanın çempionat oyunlarına hazırlıq prosesində millinin bu matçları da nəzərə alınırdı.

BrendSport.az
xəbər verir ki, bu sözləri məşqdən sonra Afinada Yunanıstan yığmasının qapısına 2 qol vuran Xətai Bağırov deyib.

“Yunanıstanla oyundakı tapşırığımız da aydındır, qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyük hesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər.

Polşaya gəldikdə, səfərdə oynayacağıq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”, - deyə Xətai Bağırov əlavə edib.

Qeyd edək ki, millimiz martın 3-də saat 20:00-da Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtlar saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş