Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Futboldur, belə şeylər olur” – Elvin Bədəlov



Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan kubokunun təkrar oyunu ilə bağlı fikirlərini bildirib.

O, BrendSport.az-a açıqlamasında deyib ki, hazırda komandada ab-hava yaxşıdır: “Sumqayıtda keçən oyunda qolsuz heç-heçə oldu. Cavab matçından əvvəl "Zirə" ilə Premyer Liqada ağır oyun keçirdik. Qısa zaman kəsiyində "Qarabağ"la oyuna hazırlaşmalı oluruq. Cavab görüşüdür. Əlbəttə, meydana qələbə üçün çıxacağıq”.

E.Bədəlov "Qarabağ"la ilk oyundan (0:0) sonra söz-söhbətə səbəb olan sərt oyun barədə də danışıb: "Futboldur, belə şeylər olur. Heç kim uduzmaq istəmir. Vaxta az qalıb, komandalar maksimum nəticə əldə etmək istəyir. Təbii ki, heç birimiz istəmərik ki, hansına oyunçu zədələnsin. Həmişə meydanda qaydalar çərçivəsində oynamağa çalışırıq. Dediyim kimi futboldur. Meydanda olan meydanda da qalır. Hər kəsə uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” cavab oyunu aprelin 29-da keçiriləcək.

QOL.az


Facebook-da paylaş

Xəbəri paylaş