Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İştirak edən yeganə Futzalçıyam




BrendSport.az saytının bugünki müsahibi futzal üzrə Azərbaycan Milli Komandasının kapitanı Rizvan Fərzəliyevdir.


- Rizvan müəllim, öncə Rizvan Fərzəliyev özü-özünü tanıdığı kimi, bizlərə də tanıtdırmağı maraqlı olardı. Sizə desək ki, Rizvan Fərzəliyevi bizə tanıtdırın, qısaca necə təqdim edərdiniz? Bizim tanıdığımız Milli Komandamızın kapitanı Rizvan Fərzəliyev bəs sizcə kimdi?

- Mən futzal üzrə milli komandanın kapitanı Rizvan Fərzəliyev 01 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşam. Məncə, ən gözəl təqdimat belə olardı. O ki qaldı mənim kim olmağıma, bunu məndən daha yaxşı komanda yoldaşlarım və yaxınlarım bilər (gülür).

- Sizcə, Rizvan Fərzəliyev yaxşı kapitan, komanda yoldaşı yoxsa yaxşı dostdu?

- Məncə, hər üçü keçərlidi. Çünki kapitan kimi həmişə çalışmışam ki, yaxşı yoldaşlıq edib və özümə layiq dostlar qazanım.

- Son oyunlarda tez-tez əvəz olunmağınızın başlıca səbəbi nədir?

- Əslində futzalda oyunçular tez-tez əvəz olunur. Bunlar məşqçinin işidir və biz də ona hörmətlə yanaşırıq.

- Gələcəkdə övladlarınızı bu sahədə görmək istərdinizmi?

- Əlbəttə, hazırda böyük oğlum futbolla məşğul olur. Çox istərdim ki, xalqımız onu futbolda məndən də çox tanınsın.

- Sirr deyilsə, oğlunuz hansı klubda oynayır? Gələcəkdə onu hansı klublarda görmək istəyirsiz?

- Hazırda uşaq fudbol məktəbindədir. İnşAllah gələcəkdə böyük kulublarda oynamağın arzu edirəm. Ən əsası isə milli komandamızda oyanmasını çox istəyirəm. Yenə də Allah bilən məsləhətdir.

- Rizvan Fərzəliyevə görə, gənc perspektivli oyunçu, yoxsa bir az orta yaş və təcrübəli oyunçu? Sizcə milliyə hansı daha çox fayda verə bilər?

- Nə qədər tez bu idman növü ilə məşğul olsan bir o, qədər orta yaşda təcrübə qazanarsan və milliyə fayda verərsən.

- Bildiyimiz kimi, zallar bağlıdır. Futzal çempionatı keçirilmir. Bu gün bu oyunçulara, milliyə və klublara necə təsir edir?

- Əlbəttə, hazırda çətindir. Allah qoysa zallar tezliklə açılar.

- Futbol yoxsa futzal?

- Futbol və futzal tamam başqa idman növləridir. Futzala insanın özünün daha çox marağı olmalıdı.

- Milli komandamızın oyunlarına hər zaman azarkeş dəstəyi olurdu və komanda bundan daha da ruhlanırdı. Son oyunlarda məlum səbəblərdən azarkeşsiz oynamisiz. Bu komandada necə təsir edir?

- Təbii ki, azarkeş dəstəyi ən vacib məqamlardan biridir. Onların dəstəyi oyunçulara ruh yüksəkliyi verir.

- Gələcək oyunlara komanda necə hazırlaşır? Hazırlıq planı varmı?

- Hələki yoxdu.

- Futbolçu olmasaydız hansı sənətin sahibi olmaq istərdiniz?

- Onu Allah bilər.

- Son olaraq, Avropa çempionatının seçmə mərhələsindən də danışaq. Millimiz qrupda beş qələbə və bir heç-heçə ilə Avropa çempionatına ardıcıl altıncı dəfə vəsiqə qazandı...

- Bu bizim ən yaxşı nəticələrimizdən biridir. Mən bu qrup oyunlarında 6-cı dəfədir ki, bu nailiyyətlərdə iştirak edən yeganə futzalçıyam. İnanıram ki, daha yaxşı nəticələrimiz olacaq.

Sonda biz də BrendSport.az saytı olaraq futzal milli komandamıza və sizə gələcəkdə uğurlar arzu edirik.






BrendSport.az

Sevanə Nurullayeva


Facebook-da paylaş

Xəbəri paylaş