Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaşar Bəşirov: Bu cür yarışların təşkili uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərini gücləndirir



20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə “Arpaçay Open” beynəlxalq turniri kütləvi yarışlardan biridir. Şəhidlərimizin xatirə turnirində karateçilərimizin fəal iştirakını xüsusilə vurğulamaq istəyirəm. Onların hər biri turnirdə qalib olmaq üçün böyük səy göstərir. Bu cür yarışların təşkili uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərini gücləndirir. Turnirdə müxtəlif yaş qruplarında 1000-dən artıq idmançı iştirak edir. Yarışın ildən-ilə nüfuzunun artması nəticəsində həm turnirə qatılan xarici komandaların, həm də yarış iştirakçılarının sayı getdikcə çoxalır. Builki turnirdə Azərbaycanla birgə 10 ölkədən komandalar mübarizə aparır. Dünya Karate Federasiyasının qaydalarına uyğun keçirilən turnirin karateçilərimizin ustalıqlarının artmasında, yarış təcrübələrinin zənginləşməsində rolunu da xüsusi qeyd etmək istəyirəm.

BrendSport.az xəbər verir ki, Bu fikirləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a müsahibəsində deyib. Azərbaycan karatesinin dünya karate ailəsində böyük hörmət və nüfuza malik olduğunu bildirən Y.Bəşirov ölkəmizdə çox güclü karateçilərin yetişdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan idmançısı Rafael Ağayev dünyanın bir nömrəli karateçisidir. “Karateçilərimiz dünya, Avropa çempionatlarında və digər nüfuzlu yarışlarda yüksək nəticələr qazanıblar. Məqsədimiz gələcəyin olimpiyaçılarını yetişdirməkdir”, - deyə Y.Bəşirov əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş