Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazim Süleymanov: "Bilmirəm, siz hansı qərarı istəyirsiniz"



"Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının X turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç barədə fikirlərini bildirib.

- “Qarabağ”ın matça yaxşı başlaması bizi arxadan oynamağa məcbur etdi. 20-25 dəqiqə geridən oynadıq. Qol epizodlarımız da oldu. Əfran yaxşı istifadə edə bilsəydi, vəziyyət dəyişə də bilərdi. Oyunçularda fərdi ustalıq baxımından fərq var. Rəqibin oyunçularının yaxşı individual futbolçuları var.

- Artıq 4-cü oyundur qələbə üzünə həsrətsiniz. Ötən həftə ilə müqayisədə nə çatmadı?

- Digər oyunlara necə, bu matça da o cür hazırlaşmışdıq. Yəqin ki, rəqibin daha yaxşı oynaması öz sözünü dedi. Seriyaya gəlincə, bu, futboldur. İrəli baxmaq, çalışmaq lazımdır. Kim uduzmaq istəyər? Hamı qələbə arzulayır. Futbolun gözəlliyi bundadır.

- Ardıcıl xallar itirilməsi rəhbərliyin xoşuna gəlməyə bilər. Verilən istənilən qərara hazırsınız?

- Bilmirəm, siz hansı qərarı istəyirsiniz. Mən bura çalışmağa gəlmişəm. Komanda yaxşı oynayanda da yazırdınız ki, baxımlı çıxış edirlər. Nə oldu, külək hardan əsdi? Məğlubiyyət varsa, əlbəttə, rəhbərlik sual verməli və baş məşqçi cavablandırmalıdır.

- Ancaq avrokubok zonasından get-gedə geri qalırsınız?

- Hər bir komandanın hədəfi var. Avrokuboku kim istəməz? Biz bu yol üçün çalışırıq.


Facebook-da paylaş

Xəbəri paylaş