Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Poeziya mənəviyyatın idmanıdır”



İdman həmişə ölkəni beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil edən sahə kimi qəbul edilib. Buna baxmayaraq, idmanla bərabər siyasət və ədəbiyyat adamları, şairlər, yazıçılar, eyni zamanda mədəniyyət adamları da bu işdə mühüm rola malikdirlər.

Bugünki qonağımız idmana bağlı olan ədəbiyyat adamı Heydər Ələddinoğlu da belə insanlardandır. Onunla yaxından tanış olmaq üçün qısa həmsöhbət olduq.


Ömür yolu:

Heydər Ələddinoğlu (Nəsirov Heydər Ələddin oğlu) 1974-cü il yanvarın 1-də Samaxı rayinunda anadan olub. Ədəbiyyata 1997-ci ildə görkəmli şairimiz Fikrət Qocanın xeyir-duası ilə gəlib. 1998-ci ildə ilk şeirlər kitabı olan “O sevgini qoruyaydıq gərək biz” işıq üzü görüb.

1999-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Azərbaycan ədəbiyyatı bölməsində adına “talon”açılıb. 2001-ci ildə növbəti kitabı işıq üzü görüb (“Mələklər allahı sevər”). Onlarla mahnı mətninin müəllifidir.

1999-cu ildən bir neçə bəstəkarla yaradıcılıq əlaqələri var. 2002-ci ildə sözlərinə bəstələnmiş mahnılardan ibarət “Kaş səni sevməyəydim” adlı audio-albomu işıq üzü görüb.

Azərbaycan Tələbə Gənclər Təşkilatının 2002-ci ildə müğənni Qədir Məmmədova “Qızılsəs” mükafatının təqdimetmə mərasimində onun sözlərinə bəstələnmiş müğənninin ifa etdiyi “Getmə” mahnısı ən yüksək nominasiyaya malik mahnı kimi təqdim edilmişdir.

Bəstəkar Razim Paşayevin sifarişi ilə “Şərq” ansamblına yazdıği “Şərqin sədası” mahnı-himni ansamblın qastrolu zamanı bir neçə xarici ölkədə səsləndirilmişdir.

Respublikanın bir neçə populyar müğənnisi onun sözlərinə bəstələnmiş mahnıları radio və telekanallarda ifa ediblər.

Ümummilli lider Heydər Əliyev cənablarına həsr etdiyi “Heydər baba Şirvanda”, “Heydər-İlham-Azərbaycan” şeirlərinə bəstələnmiş mahnılar müğənnilər və el sənətkarları tərəfindən həvəslə ifa edilir.

Şeirləri, hekayələri və publisistik yazıları “Ədəbiyyat qəzetində”, “Azərbaycan” jurnalında, “Kredo” qəzetində, onlarla qəzet və jurnallarda, müxtəlif elektron portallarda mütəmadi dərc edilmiş, o cümlədən “Tale ulduzu”, “Beytüs-Səfa”, “Qələm” ədəbi almanaxlarında nəşr edilmişdir.

Ədəbi fəaliyyətilə bağlı respublikanın bir neçə radio kanalında verlişlər hazırlanmış, şeirləri səsləndirilib. Bir neçə televiziya kanalının qonağı olub.

2012-ci ildə sözlərinə bəstələnmiş mahnılardan ibarət “Unuda bilməyəcəyəm” adlı CD (MP3) diski işıq üzü görüb.

2002-ci ilin fevral ayından Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu olub.

Bakıda yaşadığı dövrdə bir müddət mətbuatda çalışıb. Müstəqil çalışmaları nəticəsində ingilis dilini öyrənib və bir neçə xarici dil bilir. Ədəbi tərcümələri artıq mətbuatda dərc edilməkdədir.

2007-ci ildə Qafqaz Media İctimai Birliyinin (QMİB) təsis etdiyi “Qələm” fəxri fərmanı və mükafatına layiq görülüb.

Əldə etdiyi uğurlara görə hələ ki, iş və s. karyerasını qura bilməsə də, layiqli yerini ala biləcəyinə ümidlə yanaşır.

Ailəlidir, üç övladı var.


- Heydər müəllim, idmana olan marağınız barəsində məlumat verməyinizi xahiş edirik.

-Məncə, az-az adam tapılar ki, idmanla müntəzəm məşğul olmasa da, idmana marağı olmasın. Uşaq yaşlarından - daha dəqiq desək, orta məktəbin ilk illərindən idmana marağım daha çox olub. Həmin illər paralel olaraq, bir neçə idman növünə – o cümlədən futbola, tennisə marağım olub və bu idman növlərində hətta yarışlarda da iştirak etmişəm. Lakin, yuxarı siniflərə keçdikcə, dərslərimin çoxluğu və çətinləşməsi səbəbindən, həm də orta məktəb dərslərindən sonra musiqi təhsili almağım və bir neçə dərnəklərə üzv olmağım səbəbindən idmana vaxt ayıra bilmədim.

- “Sağlam bədəndə sağlam ruh olar”. Sizcə bu doğru yanaşmadırmı?

- Əlbəttə, bu ifadə illərdən bəri o qədər işlədilib ki, artıq atalar sözlərinə də çevrilib. Deməli, həm də illərin, bəlkə də əsrlərin sınağından keçib ki, insan nə qədər sağlam, nə qədər gümrah olarsa, hansı sənət sahibi olmasından asılı olmayaraq, işində daha çox müvəffəqiyyət qazanacaqdır. Fiziki hərəkətlərdən, idmandan uzaq olan bir insanın təbii ki, bədəni, orqanizmi də zəif olar. Əcdadlarımızdan belə bir ifadə də qalmışdır ki, bədən ruhun geyimidir. Demək, ruh hansı geyimi geyməsindən asılı olaraq, bədənlə birlikdə yoluna davam edəcəkdir.

- Ədəbiyyatla, xüsusən də poeziya ilə idmanın yaxınlığı nə də dərəcədə hiss olnur?

- Mən deyərdim ki, bu terminlər ilk baxışdan insan düşüncəsində müəyyən fərqliliklər yaratsa da, bir qədər dərinliyə varanda, bu terminlərin leksikoloji mənaları arasında oxşarlıq qabarıq şəkildə özünü büruzə verir. Yəni, əgər fiziki hərəkət, idman bədəni, orqanizmi gücləndirirsə, ədəbiyyat, poeziya da, insanın mənəviyyatını saflaşdırır və gücləndirir. Konkret olaraq, analiz edə bilərəm ki, poeziya və poetik düşüncələr də insan ruhunun, insan mənəviyyatının idmanıdır.

- Heydər müəllim, gənclərimizə, xüsusilə də idmançılarımıza arzunuz nədir?

- Arzu edirəm ki, bugünkü gənclərimiz sağlamlıqlarının və vaxtlarının qədrini bilsinlər. Çünki yalnız sağlamlıq və vaxtdan düzgün istifadə insanı öz məqsədinə çatdıra bilər. Arzu edirəm ki, gənclərimiz, xüsusən də idmançılarımız daha iradəli, daha əzmkar olsunlar. Zəhmətdən qorxmasınlar. Zəhmət çəkmədən heç nəyə nail olmaq olmaz. Bir də qeyd etdiyim kimi, vaxtlarının dəyərini bilsinlər. Başa düşsünlər ki, 5 il, 10 il sonra bu işləri görmək artıq gec olacaq. Hər dövrün insan həyatı üçün xüsusi önəmi var. Sonda qeyd edim ki, sağlam bədən, sağlam düşüncə gənclərimizi zirvələrə aparacaq ən böyük stimuldur.


Facebook-da paylaş

Xəbəri paylaş