Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Uqandada Azərbaycan haqda danışanda ilk “Qarabağ”ı düşünürlər”

“Uqandada Azərbaycan haqda danışanda ilk “Qarabağ”ı düşünürlər”

“Səbail”in yarımmüdafiəçisi Faruk Miya Topaz Premyer Liqanın 22-ci turunda “Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Uqandalı futbolçu əvvəlcə məğlubiyyəti şərh edib.

- “Qarabağ” böyük komandadır. Bu gün qalib gəldilər, amma onlar üçün asan olmadı. 90 dəqiqə ərzində cəmi bir qol vurdular, onu da penaltidən. Şərtlər hər iki komanda üçün eyni idi. “Səbail” isə yeni komandadır. Vaxt keçdikcə öz oyununu tapacaq və daha yaxşı nəticələr qazanacaq.

- İlk hissədə bir epizodda hakim qapınıza penalti təyin etdi. Orada həqiqətən qayda pozuntusu var idi?

- Orada penalti olub-olmadığını bilmirəm. Əgər hakim belə qərar veribsə, deməli, haqlıdır. Futbolda hər şey ola bilər.

- “Standard” kimi komandadan “Səbail”ə gəldiyiniz üçün peşman deyilsiniz? Hər halda Belçika futbolunun səviyyəsi Azərbaycandan qat-qat üstündür...

- Qətiyyən peşman deyiləm. Bu addımı atdığım üçün qürur duyuram. Sevinirəm ki, “Səbail”dəyəm.

- Bura gələndə meneceriniz bildirmişdi ki, sizi daha yaxşı kluba baha qiymətə sata bilmək üçün bu addımı atmısınız. Sizcə, Azərbaycanda bu, necə reallaşa bilər?

- Bu, tək çempionatın səviyyəsindən yox, çox şeydən asılıdır. 7 oyun keçirmişik və mən 6 qarşılaşmada meydana çıxmışam. Mənim üçün önəmli olan amillərdən biri oynamaqdır. Mövsümün sonunda hər şeyə yenidən baxacağıq.

- Uqandada sizdən harada çıxış etdiyinizi soruşurlar? Ümumiyyətlə, Azərbaycanın adını eşidəndə təəccüblənmirlər?

- Azərbaycan haqda danışanda ilk olaraq “Qarabağ”ı düşünürlər. Çünki bu komanda Çempionlar Liqasında oynayıb. Mən bura gələndə düşünürdüm ki, ərəb ölkələri kimi olacaq. Amma gördüm ki, burda olan şərait daha yaxşıdır. Ona görə də özümü xoşbəxt hiss edirəm.

- Azərbaycan çempionatında çıxış edən ilk uqandalı futbolçu oldunuz. Bu barədə bilirdiniz? Əgər məlumatınız varsa, bu, sizin üçün nə dərəcədə önəm kəsb edir?

- Xoşbəxtəm ki, burdayam. Yeni təcrübə yaşayıram. İlk uqandalı kimi burada çıxış edirəm. Yeni futbolçular və çempionatla tanış oluram.

- Azərbaycan dilində hansı sözləri bilirsiniz?

- “Salam”, “sağ ol” sözlərini bilirəm. Bəzi sözlər yadımdan çıxıb.

- Baş məşqçi haqda nə deyə bilərsiniz? Samir Əliyev çox tələbkardır?

- Deyə bilmərəm ki, aqressivdir. Amma qalib gəlmək istəyən məşqçi futbolçulardan nəsə tələb etməldir. Məncə, bu normaldır. (Qol.az)


Facebook-da paylaş

Xəbəri paylaş