Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"9 saylı orta məktəbin komandası erməni komandası ilə qarşılaşdı və qalib gəldi"



Məmmədova Qüreyş Ata qızı 1950-ci ildə Şamaxı rayonunda anadan olub. 1968-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun rus dili fakültəsini bitirib.

45 illik pedaqoji təcrübəyə mailikdir. Hazırda Şamaxı rayonu Qızmeydan kənd orta məktəbinin müəllimidir. Rayon səviyyəsində təşkil olunan bir çox yarışların istirakçısıdır. Məktəbin voleybol, şahmat, yüngül atletika, basketbol, həndbol komandaları ilə müxtəlif yarışların qalibi olub.

Nəsimi İsmayılovun rəhbərlik etdiyi və peşəkar kollektivi olan Qızmeydan kənd orta məktəbi Şamaxı rayon təhsilində mühüm rol oynayır. Qüreyş müəllimin rəhbərliyi ilə 1978-ci ildə hazırlanan "Şən startlar" idman qrupu Azərbaycan çempionu olduqdan sonra, Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən eyni adlı yarışın da çempionu olub. Onunla həmsöhbət olub fikirlərini öyrəndik.

- Qüreyş müəllim, yaşınızın bu çağında belə optimist olmağınızı nə ilə əlaqələndirərdiz?

- Fikrimcə, insan həmişə aktiv həyat tərzi keçirməlidir. Düşünürəm ki, həm də xeyirxah olmaq əsas şərtlərdəndir. Bütün həyatımı ailəmə və şagirdlərimə həsr etmişəm. Deyərdim ki, oğlum Arazın bugünkü uğruları da mənim onunla bir ana kimi yox, bir müəllim kimi davranmağımla əlaqəldardır.

- 45 illik pedaqoji fəaliyyətinizdə ən yaddaqalan hadisə hansıdı sizcə?

- Bir çox yaddaqalan hadisə olub. Ancaq onlardan bu günümüz üçün də çox önəmli olanı deyim. Yadımdadır, 1977-ci ildə həndbol üzrə Xankəndi şəhərində yarışda idik. O vaxt orada Azərbaycan çempionatı keçirilirdi. Bu yarışda Şamaxının 9 saylı orta məktəbin komandası erməni komandası ilə qarşılaşdı və qalib gəldi. O vaxt bu hadisə adi bir idman uğuru olsa da, bu gün hər dəfə o yadıma düşəndə içimdə bir fərəh duyuram.

- Qüreyş müəllimə, bilirik ki, rayonda ilk xanım sürücü siz olmusuz. Xanım sürücü olmaq çətin deyil ki?

- Sürücü olmaq üçün ilk növbədə iradəli, sonra isə xanım dəqiqiliyi lazımdır. Arzu edərdim ki, hər bir sürücü yolda diqqətli olsun. Çünki bu həm onların, həm də digərlərinin həyatı üçün çox vacibdir.

- Pedaqoji fəaliyyətiniz boyu Şamaxı ictimaiyyəti arasında yeni idealarla gündəmdə olmusuz, indi vəziyyət necədi?

- Hazırda Qızmeydan kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirəm. Deyərdim ki, məktəbimiz uğurları və məktəblilərimizin müasir dünyagörüşlü olmaları ilə heç də digər rayon və şəhər məktəblərindən geri qalmır. Burada müəllimlərimiznən bərabər, məktəb direktoru Nəsimi müəllimin də böyük əməyi var. Bu yaxınlarda Qızmeydana yenilik gətirməyi planlaşdırıram. Ancaq hələ ki, sirr olaraq qalsın. Söz verirəm ki, saytınız üçün də bu barədə geniş məlumat verəcəyəm.

Alxas Məmmədov


Facebook-da paylaş