Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Burada idmanla həm şəxsi maraq, həm də peşəkarcasına məşğul olurlar"



Rauf Ağayev 1988-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Şamaxıda fəaliyyət göstərən İqtisadiyyat Reqional Kollecinin yol-istismar fakültəsinə daxil olub.

2003-cü ildən taekvondo idman növü üzrə məşqlərə başlayıb. İndiyə kimi iştirak etdiyi 20-ə yaxın yarışın 14-də qalib olub. Qara kəmərə namizətdir. 2017-ci ildə Respublika çempionatında ikincisi yerə layiq görülüb. Yığma komandanın üzvü olub.

Son nəticəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrespublika turnirində 2-ci yer olub.

2015-ci ildə DİN post-patrul xidmətində 2 il calışdıqdan sonra hazırda DİN yol patrul xidmətində müfəttiş vəzifəsində calışır.

Raufla vəzifəsinin idmanla əlaqəsindən danışdıq:

- Sizcə, polisdə idmanın rolu nə dərəcədə vacibdi?

- Çox böyük rolu var. DİN nümunəvi bir dövlət qurumudur. Burada idmanla həm şəxsi maraq, həm də peşəkarcasına məşğul olurlar. Polisdə güc və savad mühüm bir anlayışdı. Azərbaycan polisi vətənə nümunəvi qulluq edir. Dövlətimiz və prezidentimiz hər zaman idmançılara dəstək olur. Cənab nazirimiz də idmancılara dayaq durması ilə seçilir.

- Hazırda idmanla məşğul olursunuzmu?

- Bəli, amma peşəkarcasına yox. Həm işimizlə bağlı, həm də həvəskar kimi.

- Vaxtilə idmanda rəqibiniz olmuş insanlarla indi yol polisi kimi qarşılaşnda hansı hisləri keçirirsiz?

- Birinci növbədə qanunu pozursa, saxlayıb müvafiq cəriməsini yazıram. İkincisi isə, qanunu pozmayıbsa və məni tanıyıbsa, o özü saxlayıb mənimlə hal-əhval tutur. Bir neəçə dəfə belə hal baş verib. Hansı ki, vaxtilə bir yerdə məşq elədiyimiz adam olub (gülür). Fürsətdən istifadə edib bütün sürücüləri qaydalara riayət etmələrini xahiş edirəm. Bu həm özləri üçün deyil, həm də piyadalar üçün vacibdir.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş