Əsas Səhifə > Milli komandalar > Millimizin cüdo üzrə “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb

Millimizin cüdo üzrə “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb


16-03-2023, 09:20
Millimizin cüdo üzrə “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb

Martın 24-26-da Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

BrendSport.az
xəbər verir ki, turnirdə ölkəmizi 13 cüdoçu təmsil edəcək.
Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.
Turnirdə 61 ölkədən cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.
Geri qayıt