Əsas Səhifə > Milli komandalar > Dünya çempionatında iştirak edəcək güləşçilərimizin SİYAHISI

Dünya çempionatında iştirak edəcək güləşçilərimizin SİYAHISI


20-11-2017, 16:35




Polşanın Bıdqoş şəhərində 19 - 23 yaş arası güləşçilər arasında keçiriləcək dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, noyabrın 21-də start götürəcək çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüb.

Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçi iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilərdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) mübarizəyə qoşulacaqlar.

Altı gün davam edəcək yarışda Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Milli.Az
Geri qayıt