Əsas Səhifə > Milli komandalar > Azərbaycan - Qətər oyunu başlayıb

Azərbaycan - Qətər oyunu başlayıb


14-11-2021, 21:00
Azərbaycan - Qətər oyunu başlayıb

Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.
BrendSport.az
saytı xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxıblar.
Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.
Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edir. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunudur.
Komandalar bu oyunadək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə yekunlaşıb. Dörd il sonra eyni şəhərdə keçirilmiş ikinci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Geri qayıt