Əsas Səhifə > Milli komandalar > Basketbol komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıb

Basketbol komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıb


27-06-2021, 15:38


BrendSport.az xəbər verir ki, yarışda Azərbaycanın kişilərdən ibarət yığma komandası (Anar Haciyev, Cəbrayil Əkbərov, Endər Poladxanlı, Polad Həsənov) iştirak edib.

Yarışın ilk günündə komandamız Belçikaya məğlub olsa (8-19) da, növbəti rəqibi Andorra yığmasına böyük hesabla qalib gəlib (22-5). Dörddəbir finala adlamaq üçün qrup mərhələsinin 3-cü oyununda komandamız Almaniya yığması ilə mübarizə aparmalı olub. Hava şəraitinin korlanması səbəbindən qarşılaşma əvvəl təxirə salınıb, daha sonra qapalı məkanda keçirilməsi qərara alınıb. Oyun bərabər səviyyədə başlasa da, sona yaxın Almaniya komandası millimizə qalib gəlib (21-14).

Qrupda 3-cü pillədə qərarlaşan komandamız bununla da, yarışda iştirakını dayandırıb.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 10–12-də Parisdə keçiriləcək.
Geri qayıt