Əsas Səhifə > Milli komandalar > Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour”da mübarizə aparacaqlar

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Grand Chess Tour”da mübarizə aparacaqlar


3-06-2021, 14:07


İyunun 5-də dünyanın elit şahmatçılarının mübarizə aparacaqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürəcək.

BrendSport.az xəbər verir ki, Rumıniyada keçiriləcək turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq. Yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, ABŞ şahmatçıları Fabiano Karuana və Uesli So, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, rusiyalı Aleksandr Qrişuk, macarıstanlı Riçard Rapport, rumıniyalı Konstantin Lupulesku və ermənistanlı Levon Aronyan iştirak edəcəklər. Turnir 9 turdan ibarət olacaq.

Seriyanın növbəti mərhələsi iyunun 17-22-də Parisdə, iyulun 5-12-də Zaqrebdə təşkil ediləcək. Sonuncu iki mərhələ isə avqustun 9-16-da və 16-28-də ABŞ-ın Sent-Luis şəhərində keçiriləcək.
Geri qayıt