Əsas Səhifə > Milli komandalar > ''Oyuna maraq çox idi''

''Oyuna maraq çox idi''


28-05-2021, 20:19


''Rüfət və Səbuhi Abdullazadə'' lər Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş Tunirdən sonrası BrendSport.az saytına musahibə verdilər

-Bizim üçün belə bir turnirdə iştirak etmək xoş idi.Təşkilatı baxımından daha çox səviyyəli bir turnir idi. Belə turnirlərdə çox iştirak etmək milli komandamız üçün yaxşı olardı. Oyunlara gəldikdə isə Ukraniyalılara qarşı ilk oyunumuzu 0-1 qələbə ilə başladıq, məşqçinin tapşırıqlarını düzgün etdik, düşünürəm ki, oyunu çox yaxşı şəkildə keçirtdik. Son oyunumuz Özbəkistan milli komandasına qarşı oldu 1-0 məğlub olduq. İstəyərdik bu görüşdədə qələbə qazanıb turnirin qalibi olaq. Ukraniya ilə oyun templi keçdi, yorğunluqda var idi, amma oyunda istədiyimizi edə bilmədik, məncə rəqib bizim oyunu yaxşı analiz etmişdi. Yenədə düşünürəm ki, turnir bizim üçün pis keçmədi.Bundan sonra daha çox çalışıb milli komandanın digər oyunlarında yaxşı nəticə göstərəcəyimizə inanıram. Həm oyun baxımından inkişaf etdiyimiz göz qabağındadır. Rüfət Abdullazadə


-Normal təşkilat, normal qarşılandığımızı düşünürəm özümüzü orada yad hiss etmirdik. Oyuna maraq çox idi. Azərkeşlərin stadiona gəlməsindən görünürdü təbii ki, bizim üçün azərkeşlər önündə oynamaq gözəl hiss idi. Uzun zamandır azərkeşləri stadionlarda görmürük. Ümid edirik tez bir zamanda pandemiya bitəcək və biz doğma azərkeşlər önündə oyunlara çıxacağıq.
Oyunlar haqqında onu deyə bilərəm ki, əslində komandamız çox yaxşı vəziyyətdə idi. Biz turnirə yaxşı hazırlaşmışdıq. Amma 24 saat ərzində iki oyun keçirtmək təbii haldır ki, çətin idi komandamız üçün. Səbuhi Abdullazadə





Sevanə Nurullayeva
Geri qayıt