Əsas Səhifə > Milli komandalar > Güllə atıcılarımız Polşada Avropa çempionatında mübarizəyə başlayırlar

Güllə atıcılarımız Polşada Avropa çempionatında mübarizəyə başlayırlar


28-02-2020, 18:58


Fevralın 28-də Polşanın Vrotslav şəhərində böyüklər arasında güllə atıcılığı üzrə Avropa çempionatında idmançılarımız mübarizəyə başlayırlar.

BrendSport.az xəbər verir ki, qitə çempionatında Azərbaycanı iki idmançı təmsil edir. Güllə atıcılığı üzrə yığma komandamızın üzvləri Ruslan Lunyov və Nigar Bağırova çempionatda 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparırlar.

Yarışlar martın 2-dək davam edəcək.
Geri qayıt