Əsas Səhifə > Milli komandalar > Cəbəllütariqdə “Masters” turnirində 3 şahmatçımız iştirak edəcək

Cəbəllütariqdə “Masters” turnirində 3 şahmatçımız iştirak edəcək


21-01-2020, 10:47
Cəbəllütariqdə “Masters” turnirində 3 şahmatçımız iştirak edəcək

Yanvarın 21-də nüfuzlu şahmat yarışlarından olan “Gibraltar International Chess Festival 2020” turniri start götürəcək.
BrendSport.az
xəbər verir ki, Cəbəllütariqdə keçiriləcək və 10 turdan ibarət olacaq festivalın “Masters” turnirində Azərbaycanın 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Günay Məmmədzadə mübarizə aparacaqlar.
“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Bu il festivalın “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılacaq ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur
Geri qayıt