Əsas Səhifə > Milli komandalar > Boks üzrə Azərbaycan millisinin baş məşqçisi: Məqsədimiz mümkün 8 lisenziyadan ən azı 6-nı qazanmaqdır

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi: Məqsədimiz mümkün 8 lisenziyadan ən azı 6-nı qazanmaqdır


30-12-2019, 16:05


Boks üzrə milli komandanın hazırlıq səviyyəsi yüksəkdir. Ötən iki ay ərzində millinin hər bir üzvü potensialından maksimum istifadə edərək verilən tapşırıqları lazımınca yerinə yetirib. Onların hər birindən razıyam. Komandada intizam, fiziki və taktiki baxımdan çox böyük irəliləyiş var. Boksçularımızın Olimpiya lisenziyalı turnirə hazırlığı yüksək səviyyədə davam edir. Məqsədimiz mümkün 8 vəsiqədən ən azı 6-nı əldə etməkdir.

BrendSport.az xəbər verir ki, bu sözləri boks üzrə Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Dominqes deyib.

Millimizin baş məşqçi postuna yeni təyin olunan mütəxəssis əsas hədəfin Azərbaycan yığmasına ilk qızıl medalı qazandırmaq olduğunu vurğulayıb: “Lisenziyalara sahib olduqdan sonra Tokio Yay Olimpiya Oyunlarına tam fərqli hazırlığa start verəcəyik. Hədəfimiz boks idman növündə Olimpiadada Azərbaycana ilk qızıl medalı qazandırmaqdır. İnanıram ki, məqsədimizə nail olacağıq”.
Geri qayıt